Ermәnistan ordusunun Dağlıq Qarabağda törәtdiyi hәrbi cinayәtlәrlә bağlı hesabat hazırlanıb

Türkiyәnin Ombudsman İdarәsi  Ermәnistan ordusunun  Azәrbaycanın Dağlıq Qarabağ bölgәsindә törәtdiyi hәrbi cinayәtlәrlә bağlı hesabat hazırlayıb.

1533238

Bu barәdә Türkiyәnin Baş Ombudsmanı Şәrәf Malkoç mәlumat verib. Şәrәf Malkoç hazırlanan hesabatın bu hәftәdәn etibarәn Türkiyә vә dünyadakı müvafiq qurum vә quruluşlar ilә Avropa İttifaqına üzv ölkәlәrin parlamentlәrinin insan hüquqları üzrә komissiyalarına göndәrәcәklәrini bildirib.

Hesabat hazırlanarkәn Azәrbaycana sәfәr edәrәk Ermәnistan ordusunun hücumları nәticәsindә zәrәr görәn mülki yaşayış mәntәqәlәrinә baş çәkdiyini bildirәn Malkoç Ermәnistanın hücumları nәticәsindә 94 mülki vәtәndaşın hәyatını itirdiyini, 414-nün dә yaralandığını bildirib.

Hesabatda raketlәrlә vurulan mülki yaşayış mәntәqәlәrinin şәkillәri dә var.

Әlaqәli Xәbәrlәr