Milli Müdafiə naziri Hulusi Akar Türkiyə və ABŞ münasibətlərini qiymətləndirib

Milli Müdafiə naziri Hulusi Akar Türkiyə və ABŞ arasında fikir ayrılıqları olsa da iki ölkənin uzun bir əməkdaşlıq ənənəsi olduğunu bildirib.

1532290
Milli Müdafiə naziri Hulusi Akar Türkiyə və ABŞ münasibətlərini qiymətləndirib

Türkiyə və ABŞ arasında fikir ayrılıqları olsa da iki ölkənin uzun bir əməkdaşlıq ənənəsi var.
Bunu Milli Müdafiə naziri Hulusi Akar video konfrans formatında keçirilən Beynəlxalq Halifax Təhlükəsizlik Forumunda etdiyi çıxışda deyib.
Akar Türkiyə və ABŞ münasibətlərini qiymətləndirərək deyib ki,  ABŞ ilə münasibətlərimizdə digər ölkələrdə olduğu kimi eniş və çıxışlar, əlbəttə ki, kəskin fikir ayrılıqları da var, amma unutmayaq ki, iki ölkə arasında çətinliklərin öhdəsindən gəldiyimiz uzun bir əməkdaşlıq ənənəmiz var. 
Türkiyənin və ABŞ-ın uzun illərdir sarsılmaz müttəfiq olduqlarını ifadə edən Akar iki ölkənin Koreyada, Somalidə, Balkanlarda, Əfqanıstanda və dünyanın digər coğrafiyalarında çiyin-çiyinə, birlikdə olduqlarını, ancaq təəssüf ki, bəzən fikir ayrılıqlarının iki ölkənin ortaq gündəmindən daha çox önə çıxdığını, bunların həqiqətləri kölgələdiyini və bu durumdan imtina edilməsinin vacibliyini vurğulayıb. 



Әlaqәli Xәbәrlәr