Enerji və Təbii Sərvətlər Nazirliyi ‘‘Oruç Reis’’ gәmisi ilә bağlı paylaşım edib
Enerji və Təbii Sərvətlər Nazirliyi ‘‘Oruç Reis’’ gəmisinin avqustun 10-da "Demre 2B Seysmik Məlumat Toplama Layihəsi" çərçivəsində seysmik kəşfiyyat və tədqiqat fəaliyyətlərinə başladığını xatırladıb.
1531963

Bu barәdә Enerji vә Tәbii Sәrvәtlәr Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edilib.
Gəminin indiyədək 8 min 149 kilometrlik sahәdә seysmik məlumat topladığı qeyd edilib. Paylaşımda dünən yayımlanan yeni Navtex ilə 2 min 806 kilometrlik sahәdә daha əlavə məlumatların toplanacağı vurğulanıb. Fәaliyyәtlәrin noyabrın 29-dәk davam edәcәyi bildirilib.