Prezident Rəcəb Tayyib Ərdoğan: "Türkiyə dostları və müttəfiqlərilə daha güclü əməkdaşlıq istəyir"

Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində çıxış edib.

1531810
Prezident Rəcəb Tayyib Ərdoğan: "Türkiyə dostları və müttəfiqlərilə daha güclü əməkdaşlıq istəyir"

Türkiyə dostları və müttəfiqlərilə daha güclü əməkdaşlıq istəyir.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində deyib. 

Ərdoğan çıxışında Türkiyənin nə daxildə, nə xaricdə kimsə ilə savaş etmək, nə də kimsənin hüququnu pozmaq niyyətinin olmadığını vurğulayaraq deyib ki,kimsənin Türkiyəni yanlış arqumentlərlə təhdid etməyə haqqı yoxdur. Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik fəlakətləri başa çatdıran bir qələbənin sevincini yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü, vəd edəcək heç bir layihəsi olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da heç nəyə nail olmayacaqlar. Qarşımızdakı bütün çətinliklərə rəğmən, yeni bir dönəmə başladıq. Dostlarımızla və müttəfiqlərimizlə daha güclü əməkdaşlıq qurmaq istəyirik. Avropa İttifaqından bizə verdiyi sözlərə əməl etməsini, ayrı-seçkilik etməməsini gözləyirik. Gələcəyimizi Avropa ilə birgə qurmağı təsəvvür edirik. Amerika ilə uzun və yaxın müttəfiqlik əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Rusiya və İran kimi tarixi kökləri olan qonşu ölkələrlə, eləcə də Türk dünyası və  islam ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətimiz var.

Türkiyənin hər hansı bir ölkə və qurumla siyasətlə, diplomatiya və dialoqla həll edilməyəcək problemi olmadığını qeyd edən Ərdoğan "Heç bir şərəfli ölkə vəqurumun Türkiyə düşmənçiliyini həyatının məqsədinə çevirmiş lobbilərin əlində oyuncaq halına gətirməyi qəbul etməyəcəyinə inanırıq" deyib. 
Prezident, yeni növ koronavirusla mübarizəyə də toxunaraq deyib ki, yeni tədbirlərə yoluxma hallarının artması səbəbilə müraciət etmək məcburiyyətində qaldıq. Bu yeni dalğa başa çatacağı zaman aydınlıq gələcək olacaq. Epidemiyamızdan sonra formalaşacaq yeni dünya nizamında Türkiyə daha güclü şəkildə öz yerine tutacaqdır. Bunun üçün hüquq, məşğulluq, istehsal baxımından lazım olan addımları atmaqda qətiyyətliyik.

 



Әlaqәli Xәbәrlәr