Rәcәb Tayyib Әrdoğan Lefkoşa Fövqәladә Hallar Xәstәxanasının açılış mәrasimindә iştirak edib
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Lefkoşa Fövqәladә Hallar Xәstәxanasının açılış mәrasiminә qatılıb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Lefkoşa Fövqәladә Hallar Xәstәxanasının açılış mәrasiminә qatılıb.
Şimali Kıbrıs Türk Cümhuriyyәtinin qurulmasının 37-ci ildönümü çәrçivәsindә paytaxt Lefkoşaya sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan hәmkarı Ersin Tatar ilә Türkiyәnin dәstәyi ilә burada 45 gündә inşa olunan Fövqәladә Hallar Xәstәxanasının açılış mәrasimindә iştirak ediblәr.
Mәrasimdә çıxış edәn Әrdoğan deyib: ‘‘Şimali Kıbrısda daha 500 çarpayılıq xәstәxana binası inşa edәcәyik’’.
Ersin Tatar isә öz növbәsindә koronavirus prosesi әrzindә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan, prezident kömәkçisi Fuad Oqtay vә sәhiyyә naziri Fәxrәddin Kocanın Şimali Kıbrıs Türk Cümhuriyyәtinә dәstәk olduğunu deyib.
Mәrasimdә çıxış edәn Şimali Kıbrıs Türk Cümhuriyyәtinin sәhiyyә naziri Әli Pilli qısa müddәt әrzindә inşa edilәn Fövqәladә Hallar Xәstәxanasının Türkiyәnin qlobal mәnada necә bir gücә malik olduğunu göstәrdiyini vurğulayıb.
Qeyd edәk ki, prezidentlәr 46 ildәn sonra qismәn açılan Qapalı Maraş bölgәsini ziyarәt etdikdәn sonra mәtbuat üçün qapalı görüş keçiriblәr.
Görüşdә Türkiyә ilә Şimali Kıbrıs Türk Cümhuriyyәti arasındakı әmәkdaşlığın daha da inkişaf etdirilmәsi üçün atıla bilәcәk addımlar, Kıbrıs mәsәlәsi vә Şәrqi Aralıq dәnizindәki son vәziyyәt әtrafında fikir mübadilәsi aparılıb.
Әlaqәli Xәbәrlәr

Türkiyәdә vaksinasiya prosesi sürәtlә davam etdirilir
Mәlumata görә, ölkәdә vaksinasiya prosesi yanvarın 14-dә başladı.