Prezident Rəcəb Tayyib Ərdoğan Haiti və Dominikan Cümhuriyyəti prezidentləri ilə telefonla danışıb
Telefon danışıqlarında qarşılıqlı münasibətlər müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Haiti və Dominikan Cümhuriyyəti prezidentləri ilə telefonla danışıb.
Prezident Aparatı Mətbuat Xidmətinin verdiyi açıqlamaya görə, Haiti Prezidenti Jovenel Moise ilə keçirilən telefon danışığında iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək üçün atılacak addımlar və əməkdaşlıq imkanları qiymətləndiriib.
Görüşdə Prezident Ərdoğan iki ölkənin enerji, inşaat, polad, səhiyyə və xidmət sahələri başda olmaqla bir çox sahədə ciddi əməkdaşlıq potensialına sahib olduğunu ifadə edib və bu sahələrdə atılacaq addımlarla ticarət həcminin sürətlə daha yüksək səviyyələrə çatacağına inandığını söyləyib.
Ərdoğan, Haiti Prezidenti Moisenin atası Etienne Moise'nin vəfatı ilə əlaqədar başsağlığını da diləyib.
Prezident Ərdoğan Dominikan Prezidenti Luis Abinader ilə də telefonla danışıb.
Telefon söhbətində Türkiyə Dominikan Cümhuriyyəti arasında ikitərəfli ticarət həcmini yüksəldəcək, infrastruktur və müdafiə sənayesi sahələrində investisiya və əməkdaşlığı təşviq etmək məsələləri qiymətləndirilib.
Görüşdə Prezident Ərdoğan iki ölkə arasındakı iqtisadi əlaqələrin böyük potensiala sahib olduğunu və bu istiqamətdə qarşılıqlı iradə ilə atılacaq doğru addımlardan hər iki ölkənin böyük fayda əldə edəcəyini bildirib.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (20 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 159 ölüm faktı qeydə alınıb.