Rusiya nümayəndə heyətinin bu gün Ankaraya gələcəyi gözlənilir
20 nəfərlik Rusiya nümayəndə heyətinin bu gün Ankaraya gələcəyi gözlənilir.

Azərbaycanla Ermənistan arasında Qarabağdakı atəşkəsdən sonra həyata keçiriləcək fəaliyyətlər barədə texniki danışıqlar aparacaq 20 nəfərlik Rusiya nümayəndə heyətinin bu gün Ankaraya gələcəyi gözlənilir.
Milli Müdafiə naziri Hulusi Akar Rusiyadan nümayəndə heyətinin Ankaraya gələcəyini və Qarabağdakı atəşkəs qərarından sonra göstəriləcək fəaliyyətlərlə əlaqədar texniki müzakirələrin aparılacağını açıqlayıb.
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, əvvəlcə Xarici İşlər Nazirliyində görüşlər keçirməsi planlaşdırılan heyət günortadan sonra Milli Müdafiə Nazirliyində olacaq və texniki görüşlərdə iştirak edəcək.
Hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin keçirəcəyi görüşlərdə razılaşma çərçivəsində taktika və texnika baxımandan hansı tərəfin harada yerləşəcəyi, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunacaq.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (26 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 134 ölüm faktı qeydə alınıb.