Prezident Rəcəb Tayyib Ərdoğan bayraq təhvili mərasimində iştirak edib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun heç bir hərbi birliyinin bayrağı sonuncu əsgər can vermədən yerə düşmədiyini deyib.

1527281
Prezident Rəcəb Tayyib Ərdoğan bayraq təhvili mərasimində iştirak edib

Türkiyə ordusunun heç bir hərbi birliyinin bayrağı sonuncu əsgər can vermədən yerə düşməyib.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Tekirdağ vilayətinin Çorlu qəsəbəsindəki mahalında 105-ci Topçu Alay Komandanlığında təşkil edilən "41-ci Komando Briqadası Komandanlığı Bayraq vermə" mərasimində etdiyi çıxışda deyib.
"Əsgərdə bayrağın əhəmiyyətini lazım gəldikdə canı bahasına qorunması vacib olan qutlu bir əmanət olduğunu ən yaxşı siz bilirsiniz" deyə bildirən Erdoğann deyib:
"Türkiyə ordusunun heç bir hərbi birliyinin bayrağı sonuncu əsgər can vermədən torpağa düşməyib. Türkiyə Silahlı Qüvvələrinin hər bir elementi, hər əsgərinin, qazanılan zəfərlərin əlbəttə ayrılmaz bir hissəsidir. Hər cəbhənin ən önündə mübarzə aparan dünyaya ölümdən qormamağın nə demək olduğunu göstərən komando dəstələrimizin 
 isə millətimizin könlündə ayrı yeri var. İşiniz mübarək, yolunuz aydın, atışlarınız dəqiq, ürəyiniz geniş, qələbəniz çox, Allah köməyiniz olsun".



Әlaqәli Xәbәrlәr