Abdullah Eren: "İslam əleyhinə vəziyyət Fransada dəlilik səviyyəsindədir"

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Fransadakı kiçik uşaqların tutulması və sorğu-sual edilməsinə münasibət bildirib.

1523280
Abdullah Eren: "İslam əleyhinə vəziyyət Fransada dəlilik səviyyəsindədir"

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Fransadakı kiçik uşaqların tutulması və sorğu-sual edilməsi ilə əlaqədar "İslam əleyhinə vəziyyət Fransada dəlilik səviyyəsindədir" deyib.
"Twitter" hesabından Türkcə və Fransızca mesaj paylaşan Eren "10 yaşında 4 uşaq var. Bunlardan 3-ü türk və 1-i Məğrib mənşəlidir. Tam təchiz olunmuş polislər evlərə basqın edib erkən saatlarda oyandırır. Uşaqlar 11 saat həbs edilir. Bir hesabat da verilmir! Ağıl, vicdan, qanun bunu qəbul etmir!" ifadələrdən istifadə edib.
Eren mövzunun təqibçiləri olacaqlarının vurğulayıb.
Qeyd edək ki, Fransanın Albertville şəhərində yaşayan 3-ü Türk və 1-i Məğrib mənşəli 10 yaşlı 4 uşaq məktəblərində Məhəmməd peyğəmbəri təhqir edən karikatura ilə bağlı müzakirələrdən sonra evlərinə polis basqın etmiş və səhər tezdən polis bölməsinə aparılmışdı. Uşaqlar radikallaşma meylinin olub olmadığının müəyyənləşdirilə bilmələri iddiası ilə 11 saat dindirilmişdi. 



Әlaqәli Xәbәrlәr