Türkiyə Fransa hökumətinə sərt reaksiya verdi

Türkiyə Fransa hökumətinin "Bozkurtlar" hərəkatını bağlama qərarına ən sərt şəkildə cavab verəcəyini açıqlayıb.

1522003
Türkiyə Fransa hökumətinə sərt reaksiya verdi

Türkiyə Fransa hökumətinin "Bozkurtlar" hərəkatını bağlama qərarına ən sərt şəkildə cavab verəcəyini açıqlayıb.
Xarici İşlər Nazirliyi Fransa hökumətinin "Bozkurtlar" hərəkatını bağlamaq qərarı ilə əlaqədar "Sözügedən ölkənin ayrı-ayrı insanlara və onların əməliyyatlarından hərəkətlə belə bir hərəkət və formalaşma varmış kimi xəyal məhsulu qərarlar alması, qarşı-qarşıya olduğu ziddiyyətli psixologiyanın son təzahürüdür" deyə bildirib.
Nazirliyin verdiyi açıqlamada Fransa hökuməti tərəfindən ləğv edildiyi elan edilən "Bozkurtlar" adlı bir hərəkatın olmadığının əsasən bilindiyi ifadə edilib.
Açıqlamada bu xəyali təşəkkülü  müzakirə edərkən bir çox ölkədə də istifadə edilən, xeyli yayğın və qanunsuz ölçülərə sahib olmayan simvolların qadağan edilməsinin qəbuledilməz olduğu bildirilib.
Açıqlamada "Özlərinə gəldikdə ifadə azadlığının heç bir şəkildə məhdudlaşdırıla bilməyəcəyini müdafiə edənlərin, başqalarına gəldikdə ifadə azadlığına asanlıqla məhdudiyyətlər qoya biləcəyinə" diqqət çəkilərək, "bu riyakar anlayışın adi ikili standart yanaşmanın son nümunəsi" olduğu vurğulanıb.
Bu qərarın Fransa hökumətinin tamamilə erməni dairələrinin əsirinə çevrildiyinin də göstəricisi olduğuna diqqət çəkildən açıqlamada dilə gətirilib ki, terror təşkilatı PKK-ya və FETÖ-ya bağlı olaraq illərdir ölkənin hər yerində açıq şəkildə fəaliyyət göstərən dərnəklərə dözən və Fransada Türkiyənin maraqlarına və cəmiyyətinə qarşı zorakılığı, nümayişi və ifadə azadlığı səbəbiylə cəzasız qoyan Fransa hökumətinin təcili olaraq bu addımı atması ibrətamiz bir hərəkətdir.
Fransa hökuməti bir daha göstərdi ki, ölkəsindəki fanatik erməni diasporası vətəndaşlarımıza və diplomatik nümayəndəliklərimizə yönələn artan təhrik, təhdid və hücumlara məhəl qoymur. Zorakılığın qarşısını almaq bəhanəsi ilə hazırda ortaya qoyulan reyakar yanaşma və verilən təxribatçı qərar diplomatlarınmızın canına qəsd edən terror təşkilatı ASALA başda olmaqla Fransada himayə və dəstək görən PKK və FETÖ kimi terror təşkilatları ilə mübarizədə Fransanın mənfi keçmişini də yenidən xatırladır.
Fransadakı Türk cəmiyyətinin təşkilatlanma, ifadə və nümayiş azadlığının qlobal insan hüquqları və qaydaları çərçivəsində qorunmasının lazım olduğunun ifadə edildiyi açıqlamada "Bu qərara ən sərt şəkildə cavab verəcəyimizi vurğulayırıq" ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr