XYTӘTR-i Vyanada törәdilәn terror aktı ilә bağlı paylaşım edib

Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları Rәhbәrliyi (XYTӘT) Avstriyanın paytaxtı Vyanada törәdilәn terror hücumu zamanı yaralanan polis әmәkdaşlarına yardım edәn türklәri tәbrik edib.

1521100
XYTӘTR-i Vyanada törәdilәn terror aktı ilә bağlı paylaşım edib

Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları Rәhbәrliyi (XYTӘTR) Avstriyanın paytaxtı Vyanada törәdilәn terror hücumu zamanı yaralanan polis әmәkdaşlarına yardım edәn türklәri tәbrik edib.

Xaricdә Yaşayan Türklәr vә Әqraba Topluluqları İdarәsinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bu ifadәlәrә yer verilib: ‘‘Vyanada törәdilәn terror hücumu nәticәsindә hәlak olanların ailәlәrinә başsağlığı, yaralananlara şәfa dilәyirik. Yaralanan polis әmәkdaşlarına yardım edәn qәhraman türklәri tәbrik edirik. Türkiyә bu çәtin gündә Avstriya xalqının yanındadır’’.

Qeyd edәk ki, Avstriyanın paytaxtı Vyanada dünәn gecә radәlәrindә törәdilәn terror hücumu nәticәsindә 3 nәfәr hәlak olub, 5 nәfәr dә yaralanıb.



Әlaqәli Xәbәrlәr