E.Tatar İzmirdә baş verәn zәlzәlә ilә әlaqәdar R.T.Әrdoğanla telefon әlaqәsi saxlayıb

Azәrbaycan prezidenti İlham Әliyev dә prezident Rәcәb Tayyib Әrdoğanla telefon әlaqәsi saxlayaraq İzmirin Seferihisar qәsәbәsi sahillәrindә baş verәn zәlzәlә ilә әlaqәdar yardıma hazır olduqlarını söylәyib.

1519022
E.Tatar İzmirdә baş verәn zәlzәlә ilә әlaqәdar R.T.Әrdoğanla telefon әlaqәsi saxlayıb

 

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar  İzmirdә baş verәn zәlzәlә ilә bağlı Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanla telefon әlaqәsi saxlayıb.

Ersin Tatar söhbәt zamanı Kıbrısdakı türklәrin hәr zaman olduğu kimi Anadoludakı qardaşlarının yanında olduğunu vurğulayıb.

Azәrbaycan prezidenti İlham Әliyev dә  prezident Rәcәb Tayyib Әrdoğanla telefon әlaqәsi saxlayaraq İzmirin Seferihisar qәsәbәsindә baş verәn zәlzәlә ilә әlaqәdar yardıma hazır olduqlarını söylәyib. İlham Әliyev söhbәt zamanı baş verәn tәbii fәlakәtә görә çox narahat olduqlarını qeyd edib.

Yunanıstan Baş naziri Kiriakos Miçotakis dә İzmir ilә yanaşı, Yunanıstanın bәzi adalarında da baş verәn vә iki nәfәrin hәlak olmasına sәbәb olan zәlzәlә ilә әlaqәdar Rәcәb Tayyib Әrdoğana zәng edib. Әrdoğan söhbәt zamanı Yunanıstana yardım etmәyә hazır olduqlarını ifadә edib.

Azәrbaycan Baş naziri Әli Әsәdov isә İzmirdә baş verәn zәlzәlәdәn dәrhal sonra Türkiyә prezidentinin kömәkçisinә zәng edәrәk hәr növ yardıma hazır olduqlarını deyib.

Fransa daxili işlәr naziri Cerald Darmanin dә Egey dәnizi vә Yunanıstan adalarında baş verәn zәlzәlә sәbәbindәn bәyanat yayıb.

Darmanin deyib: ‘‘Fransa Türk vә yunan xalqının yanındadır.Bu ölkәlәrin hökumәtlәrinin tәlәb edәcәklәri tәqdirdә bölgәyә yardım göndәrilәcәk’’.

Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel dә rәsmi internet sәhifәsindә verdiyi bәyanatda deyib: ‘‘Egey dәnizindә Türkiyә vә Yunanıstan sahillәrindә baş verәb güclü zәlzәlә ilә bağlı proseslәri tәqib edirik. Avropa İttifaqı yardım etmәyә hazırdır’’.

Qeyd edәk ki, İzmirin Seferihisar qәsәbәsinin sahillәrindә baş verәn 6,6 bal gücündәki zәlzәlә nәticәsindә ilkin mәlumatlara görә, 12 nәfәr hәyatını itirib, 419 nәfәr dә yaralanıb.

İzmir valisi Yavuz Selim Köşker dә indiyәdәk 70 nәfәrin xilas edildiyini açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr