Türkiyә Cümhuriyyәtinin qurulmasından 97 il ötür

Bu gün Türkiyә Cümhuriyyәtinin 97-ci ildönümüdür.

1517952
Türkiyә Cümhuriyyәtinin qurulmasından 97 il ötür

 

Bu gün Türkiyә Cümhuriyyәtinin 97-ci ildönümüdür. Cümhuriyyәt Bayramı ölkәdә, xarici ölkәlәrdәki diplomatin tәmsilçiliklәrdә vә Şimali Kıbrıs Türk Cümhuriyyәtindә qeyd olunacaq.

Paytaxt Ankaradakı ilk mәrasim Anıtqәbirdә keçirildi. Prezident Rәcәb Tayyib Әrdoğanın rәhbәrliyindәki nümayәndә heyәti Atatürkün mavzoleyini ziyarәt edәrәk әklil qoydu.

Mәlumata görә, Әrdoğan Anıtqәbirdәki xüsusi dәftәrә üzәk sözlәrini yazıb.

Daha sonra Cümhuriyyәt Bayramı ilә әlaqәdar  Prezident İqamәtgahında mәrasim tәşkil edilәcәk. Prezident Әrdoğanın burada tәbriklәri qәbul etmәsi vә Beştәpәdә ‘‘Milli Mübarizә Sәrgisi’’nin açılışında iştirak etmәsi gözlәnilir.

29 oktyabr Cümhuriyyәt Bayramı münasibәtilә paytaxt Ankaranın bәzi yollarının nәqliyyat üçün bağlı olacağı bildirilir.

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin  tәşkilatçılığı ilә Antalyadakı Patara antik şәhәrindә Prezident Aparatının simfonik orkestrinin Böyük Cümhuriyyәt Konserti keçirilәcәk. Mәlumata görә, konsert yerli vaxtla saat 19.23-dә başlayacaq.

Tәdbirlәr çәrçivәsindә hәmçinin 97 dalğıcla özәl sualtı işıq sousu nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr