Türkiyə Ermənistanın mülki vətəndaşlara qarşı hücumlarını sərt dillə qınadı.

Xarici İşlər Nazirliyi Ermənistanın mülki yaşayış yerlərinə istiqamətli davam edən hücumları ilə bütün insani və əxlaqi dəyərləri ayaqlar altına aldığını bildirib.

1517091
Türkiyə Ermənistanın mülki vətəndaşlara qarşı hücumlarını sərt dillə qınadı.

Türkiyə Ermənistanın mülki vətəndaşlara qarşı hücumlarını sərt dillə qınadı. 

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ermənistanın oktyabrın 26-da elan olunan atəşkəsə məhəl qoymadan Azərbaycanda cəbhə bölgəsindən uzaqda mülki yaşayış yerlərinə istiqamətli davam edən hücumları ilə bütün insani və əxlaqi dəyərləri ayaqlar altına atmaqdadır.

Açıqlamada deyilir: “Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri ilə biri iki yaşında uşaq olmaqla, dörd mülki şəxs həlak olub, 13 nəfər yaralanıb. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləyirik. Ermənistanın insanlıq əleyhinə hücumlarını ən kəskin şəkildə qınayır, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə “dayan” deməyə çağırırıq”.



Әlaqәli Xәbәrlәr