Mövlud gecəsi dualarla qeyd olunacaq
Məhəmməd Peyğəmbərin anadan olduğu gün kimi qəbul edilən Mövlud gecəsi bugün dualarla qeyd olunacaq.

Məhəmməd Peyğəmbərin anadan olduğu gün kimi qəbul edilən Mövlud gecəsi bugün dualarla qeyd olunacaq.
Din İşləri üzrə İdarənin sədri Əli Ərbaş və Din Xidmətləri baş direktoru Bünyamin Albayrak, TRT tərəfindən Mövlud bayramı münasibətilə Şimali Kıbrıs Türk Cümhuriyyətindəki Lefkoşa Hala Sultan məscidində yerli vaxtla saat 19:30-da aparılacaq xüsusi yayımda dua edəcəklər.
Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır. Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur.
Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır. Bu gecə müsəlmanlar oyaq qalır. Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc, arxayınlıq hakim kəsilir.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 165 ölüm faktı qeydə alınıb.