Fransadakı əxlaqsız karikaturaya verilən reaksiyalar

Fransız əsgisinin (Charlie Hebdo yumor jurnalı) Prezident Rəcəb Tayyib Ərdoğan haqqındakı əxlaqsız nəşrinə lənət oxundu.

1517246
Fransadakı əxlaqsız karikaturaya verilən reaksiyalar

Prezidentin köməkçisi Fuad Oqtay ağlı başına gəlməyən fransız əsgisinin (Charlie Hebdo yumor jurnalı) Prezident Rəcəb Tayyib Ərdoğan haqqındakı əxlaqsız nəşrinə lənət etdiyini bildirib.
F. Oqtay "Twitter" hesabındakı yazısında,"Fikir azadlığının arxasında gizlənərək heç kəsi aldada bilməzsiniz! Prezidentimiz haqqında bağışlanmayan fransız cır-cındırının əxlaqsız nəşrini qınayıram. Əxlaqlı, vicdanlı beynəlxalq ictimaiyyəti bu rüsvayçılığa etiraz etməyə çağırıram" deyib.
Ədliyyə naziri Abdulhamit Gül də "Twitter" hesabında "Avropanın insani dəyərlərindən məhrum olan faşistlər, fikir azadlığının nə olduğunu bilmirsiniz. Keçmişdən bu günə qədər yığdığınız qanunsuz və əxlaqsız utanc səhifələrinizə hər gün yenisini əlavə edirsiniz. Bunu bilin və unutmayın: Prezident Rəcəb Tayyib Ərdoğan bu yolda  tək başına deyildir" ifadələrdən istifadə edib.

Prezident Aparatının sözçüsü İbrahim Kalın da Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan 'sözdə karikatura" nəşr edən fransız "Charlie Hebdo" jurnalını qınayıb.
Reaksiyasını "Twitter" hesabında dilə gətirən Kalın "Heç bir inanc, müqəddəs və dəyərlərə hörməti olmayan fransız jurnalının 
 Prezidentimizlə əlaqəli nəşrini sərt şəkildə qınayırıq. Yalnız öz əxlaqsızlıqlarını ortaya qoyurlar. Şəxsi hüquqlara edilən hücum yumor və ifadə azadlığı deyil" deyib.
Kalin ayrıca "sağlam düşüncəsi olan hər kəsi bu mənfur nəşri qınamağa və rədd etməyə" dəvət edib.

Prezident Aparatı Mətbuat xidmtinin rəhbəri Fəxrəddin Altun da "Twitter" hesabından etdiyi paylaşmada "Bu jurnalın mədəni irqçilik və nifrəti yaymaq üçün iyrənc səylərini qınayırıq. Bu sözdə karikaturalar insan mənəviyyatından məhrum olduğu qədər iyrəncdir. Bu açıq şəkildə Fransa liderinin ölkəsi üçün istədiyi ksenefobiya, islamofobiya və dözümsüz mədəni mühitin məhsuludur" deyib.



Әlaqәli Xәbәrlәr