Feridun Sinirlioğlu: "Türkiyə İdlibdə daimi atəşkəs üçün qətiyyətli mövqeyini davam etdirir"

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu Türkiyənin Suriyanın İdlibdə davamlı atəşkəs təmin edilməsi barədəki qətiyyətli mövqeyini davam etdirdiyini bildirib.

1517100
Feridun Sinirlioğlu: "Türkiyə İdlibdə daimi atəşkəs üçün qətiyyətli mövqeyini davam etdirir"

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu Türkiyənin Suriyanın İdlibdə davamlı atəşkəs təmin edilməsi barədəki qətiyyətli mövqeyini davam etdirdiyini bildirib.
Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasının Suriya üzrə iclasında video konfrans formatında etdiyi çıxışda ölkənin şimal-qərbində yeni növ koronavirus (Covid-19) hadisələrinin sürətlə artmasına da diqqət çəkib.
Suriyada rejimin hərbi hücumlarının yüz minlərlə mülki vətəndaşı ev-eşiyindən etməsi və milyonlarla insanın dar bir ərazidə sıxışıb qalmasının infeksiyaya yoluxma faktlarını artmasında təsirli olduğunu ifadə edən Sinirlioğlu "Covid-19" hadisələrinin yarısının isə Hələbin şimalında aşkarlandığını deyib.
Humanitar yardımın daxil olduğu sərhəd-keçid məntəqələrindən biri olan Babüsselamenin bağlanması ilə Hələbin şimalında 1,3 milyon insana birbaşa yardımın çatdırılmasına da mane olunduğunu qeyd edən Sinirlioğlu bu vəziyyətin bölgədəki səhiyyə vəziyyətin pisləşməsinə səbəb olduğunu vurğulayıb.
Yoluxma hallarının bu bölgədə daha da arta biləcəyi barədə xəbərdar edən Sinirlioğlu BMT Təhlükəsizlik Şurasını humanitar yardımın keçməsi üçün Babüsselame sərhəd qapısını yenidən açmağa çağırıb.
Türkiyənin Suriya ordusunu qorumaq üçün lazımi tədbirləri aldığını ifadə edən Sinirlioğlu Suriyanın şimal-qərbindəki İdlibdə daimi atəşkəsin təmin edilməsi mövzusundakı qətiyyətliliyini davam etdirdiyini və sahədəki əmin-amanlığı qorumaq üçün lazım olan hərbi tədbirləri gördüyünü də deyən Sinirlioğlu "Atəşkəsin pozulması və nisbi əmin-amanlığa zərər verəcək təxribat xarakterli hərəkətlərin qarşısını almaq lazımdır. Suriyada sülh və sabitliyin qarşısındakı manelərdən biri isə terror təşkilatı PKK/YPG-dir. PKK/YPG son 12 ayda yüzlərlə suriyalı mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan 250-dən çox terror hücumu həyata keçirdi" deyib.



Әlaqәli Xәbәrlәr