Türkiyә ATӘT-in Minsk qrupuna çağırış edib

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Azәrbaycan ilә Ermәnistan arasında dünәn elan edilәn atәşkәsin davamlı olması üçün Minsk qrupunun hәmsәdrlәrinә davamlı hәlli hәdәflәyәn müzakirә prosesini başlatmaları ilә әlaqәdar çağırış edib.

1516391
Türkiyә ATӘT-in Minsk qrupuna çağırış edib

 

Türkiyә Minsk qrupuna çağırış edib

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Azәrbaycan ilә Ermәnistan arasında dünәn elan edilәn atәşkәsin davamlı olması üçün Minsk qrupunun hәmsәdrlәrinә davamlı hәlli hәdәflәyәn müzakirә prosesini başlatmaları ilә әlaqәdar çağırış edib.

Hami Aksoy Azәrbaycanla Ermәnistan arasında dünәn elan edilәn vә qısa müddәt sonra Ermәnistanın pozduğu atәşkәslә bağlı sualı cavablandırıb.

Ermәnistanın  Azәrbaycana hücum etmәsi ilә başlayan qarşıdurmalardan sonra oktyabrın 10-da vә 18-dә elan edilәn atәşkәslәrin dә qısa müddәt sonra  Ermәnistan tәrәfindәn pozulduğunu xatırladan Hami Aksoy  deyib: ‘‘Son olaraq dünәn Amerika Birlәşmiş Ştatlarının tәşәbbüslәri nәticәsindә  humanitar mәqsәdlәrlә atәşkәs elan edilmişdi. Bu atәşkәs dә Ermәnistan tәrәfindәn dәqiqәlәr әrzindә pozulmuşdu. Ermәnistan hәm cәbhә xәttindәn, hәm dә qarşıdurma bölgәsindәn Azәrbaycanın mülki yaşayış mәntәqәlәrinә hücumlarını davam etdirib’’.

Hami Aksoy Minsk qrupunun hәmsәdrlәrinә davamlı hәlli hәdәflәyәn müzakirә prosesini başlatmaları ilә әlaqәdar çağırış edәrәk bildirib ki, Minsk qrupunun hәmsәdrlәri göstәrdiklәri sәylәrin konkret nәticәlәr verә bilmәsi üçün  Ermәnistanın pozuntularını nәzәrә almalıdırlar vә  BMT Tәhlükәsizlik Şurasının qәtnamәlәri ilә  beynәlxalq hüquq normalarına uyğun davamlı hәlli hәdәflәyәn müzakirә prosesini başlatmalıdırlar. Elan edilәn atәşkәsin ancaq bu şәkildә davamlı ola bilәcәyini düşünürük.



Әlaqәli Xәbәrlәr