İbrahim Kalın vә Robert C.O’Rian Dağlıq Qarabağ mәsәlәsini müzakirә ediblәr

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın vә Amerika Birlәşmiş Ştatları prezidentinin  milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Robert C.O’Brian arasında telefon danışığı olub.

1516397

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüşdә Azәrbaycan-Ermәnistan mәsәlәsi başda olmaqla Suriyadakı proseslәr, regional mövzular, tәhlükәsizlik sahәsindә әmәkdaşlıq vә ikitәrәfli münasibәtlәr müzakirә olunub.

Dağlıq Qarabağ mәsәlәsinin diplomatik yollarla hәll edilmәsinin әhәmiyyәtli olduğunun vurğulandığı görüşdә Ermәnistanın  atәşkәsi pozmasının vә mülki vәtәndaşları hәdәf alan hücumlarının beynәlxalq hüquq normalarına zidd vә qәbuledilmәz olduğu qeyd edilib.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Davamlı hәllin tәmin oluna bilmәsi üçün Ermәnistan Dağlıq Qarabağ vә әtrafında işğal etdiyi әrazilәrdәn çıxmalıdır. Azәrbaycanın әrazi bütövlüyünün tәmin olunması mәsәlәsindә beynәlxalq ictimaiyyәtin, BMT Tәhlükәsizlik Şurası vә ATӘT-in Minsk qrupunun qәrarları çәrçivәsindә konkret addımların atılmasının әhәmiyyәti vurğulanıb’’

Görüşdә hәmçinin İdlib deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki әrazilәrdә rejim qüvvәlәrinin artan hücumlarına diqqәt çәkilib.

Әlaqәli Xәbәrlәr