Türkiyə Yunanıstana "Oruç Reis" kəşfiyyat-axtarış gəmisilə bağlı cavab verib

Türkiyə "Oruç Reis" tərəfindən aparılan seysmik araşdırmaların özünün kontinental şelfində olduğunu bildirib.

1515689
Türkiyə Yunanıstana "Oruç Reis" kəşfiyyat-axtarış gəmisilə bağlı cavab verib

Türkiyə "Oruç Reis" tərəfindən aparılan seysmik araşdırmaların özünün kontinental şelfində olduğunu bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Xarici İşlər Nazirliyinin Türkiyənin Şərqi Aralıq dənizindəki seysmik araşdırma fəaliyyətləri ilə əlaqədar sualla yazılı cavab verib.
Yunanistan Xarici İşlər Nazirliyinin Türkiyənin Şərq Aralıq dənizindəki kontinental şelfdə reallaşdırdığı seysmik tədqiqat fəaliyyətlərinin Yunanıstanın kontinental şelfində reallaşdırıldığını irəli sürən və bu fəaliyyətləri "qanunsuz"  olaraq xarakterizə edən "əsassız açıqlama" yaydığını bildirən Aksoy, deyib:
""Oruç Reis" gəmimizin seysmik tədqiqat fəaliyyətlərini həyata keçirdiyi ərazi tamamilə ölkəmizin beynəlxalq hüquqa əsaslanan və Birləşmiş Millətlər Təşkilatında qeydiyyata alınmış qitə şelfindədir.  Bu vəziyyət 23 okyabr 2020-ci il tarixində Yunanıstanın Ankara Səfirliyinə də  bir neçə dəfə açıq şəkildə izah edilmişdir. Oruç Rəisin 25 oktyabr - 4 noyabr 2020 tarixləri arasında seysmik tədqiqat aparacağı mövcud araşdırma sahəsi Yunanistan materikinə 440 kilometr və ölkəmizə isə 130 kilometr məsafədədir. Türkiyə hər zaman olduğu kimi, Şərqi Aralıq dənizində həm özünün,  həm də Kiıbrıs Türklərin qanuni hüquqlarının təmin edildiyi bir həll yolu üçün dialoq və əməkdaşlığa hazırdır. Yunanıstanın da ölkəmizlə dialoqa girməmək üçün süni səbəblər yaratmaqdan və ilkin şərtlər irəli sürməkdən imtina etməsini gözləyirik".



Әlaqәli Xәbәrlәr