"Azərbaycanlı qardaşlarımızın bu mübarizədən zəfərlə çıxacağına inanıram", R.T. Ərdoğan

Dövlət başçısı Türkiyənin bir millət, iki dövlət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyini söyləyib..

1515211
"Azərbaycanlı qardaşlarımızın bu mübarizədən zəfərlə çıxacağına inanıram", R.T. Ərdoğan

“Bir millət, iki dövlət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə sülh gətirəcəyinizi zənn edirsiniz”-deyə dövlət başçısı vurğulayıb. 

Prezident Ərdoğan fransız həmkarı Emmanuel Makronun islam dini və müsəlmanlar haqda fikirlərinə də münasibət bildirib.

“Makronun islam dini və müsəlmanlarla dərdi nədir? Makronun zehni müalicəyə ehtiyacı var. İki dəqiqədən bir Ərdoğana toxunur. Bu sənə heç nə qazandırmaz. Azərbaycandakı fəlakətlərin, işğalların arxasında bunlar dayanır”, - deyə Ərdoğan qeyd edib.



Әlaqәli Xәbәrlәr