Türkiyə və Rusiya Xarici İşlər Nazirliyi səlayiyyətiləri arasında görüş keçirilib

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Boqdanov və Önal paytaxt Moskvada bir araya gəliblər.

1514584
Türkiyə və Rusiya Xarici İşlər Nazirliyi səlayiyyətiləri arasında görüş keçirilib

Xarici İşlər nazirinin müavini Sedat Önalla Rusiya Prezidenti Vladimir Putinin Orta Şərq və Afrika üzrə xüsusi xümayəndəsi və Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Liviya və Suriya məsələsini müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Boqdanov və Önal paytaxt Moskvada bir araya gəliblər.

Liviya məsələsinin müzakirə olunduğu görüşdə liviyalılar arasında siyasi, hərbi və iqtisadi sahələrdəki danışıqlarda irəliləyişə nail olunduğu bildirilib.

Liviyalılar arasındakı dialoqun Berlin Konfransının və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2510 saylı qətnamələrinə əsaslanmasının vacibliyi vurğulanıb.

Suriya mövzusunun müzakirə olunduğu görüşdə, məsələnin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində həlli mərhələsində Rusiya və Türkiyənin “Astana prosesi” istiqamətindəki koordinasiyalı səylərinin əhəmiyyəti diqqətə çatdırılıb.



Әlaqәli Xәbәrlәr