Rəcəb Tayyib Ərdoğan: "S-400-lərlə bağlı testləri aparmaq üçün ABŞ-dan icazə alacaq deyildik”"

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınan S-400-lərlə bağlı testlərin aparıldığını deyib.

1514773
Rəcəb Tayyib Ərdoğan: "S-400-lərlə bağlı testləri aparmaq üçün ABŞ-dan icazə alacaq deyildik”"

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınan S-400-lərlə bağlı testlərin aparıldığını deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Türkiyə sadəcə S-400 deyil, ağır, orta, yüngül, eləcə də ABŞ-dan alınan silahları da sınaqdan keçirir. Bundan sonra da eyni şəkildə bunu edəcəyik. Qonşuluqda Yunanıstan S-300-lə nəinki test aparır, bu silahlardan istifadə edir. Bunu Amerika onlardan soruşurmu? Yox. Ona görə ki, bu xüsusilə Rusiyaya aid silah olması onları yəqin ki narahat edir. Amma biz qərarlıyıq və yolumuza bu şəkildə davam edəcəyik.

Dövlət başçısı eyni zamanda Liviyada atəşkəsin daimi olacağına inanmadığına da mövqeyini bildirib: “Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu, gecə saat 00.00 etibarı ilə atəşkəs başlanacaq deyildi, amma buna əməl edilmədi, Ermənistan pozdu. Ümid edirəm ki, Liviyada belə olmaz”. 

 İki ölkə arasında mümkün danışıqlarda Türkiyənin qatılma haqqının olduğunu dilə gətirən Ərdoğana “Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasını bir kənara qoymaq mümkün deyil. Burada Rusiya nə qədər həll üçün, sülh üçün yer almağı düşünürsə Türkiyənin də ən az Rusiya qədər yer alma haqqının olduğuna inanıram. Əslində Rusiyanın bu məsələyə mənfi yanaşması hələ olmayıb. Rusiyanan Türkiyə ilə ələqəli də mənfi açıqlaması yoxdur. İndiyədək həm Azərbaycan-Ermənistan mövzusunda, həm də digər məsələlərdə, yəni Suriyada birlikdə işləyirik. Ümid edirəm ki, bundan sonra həll yollarında uğurlu addımlar atacağıq və həll edəcəyik" deyib. 



Әlaqәli Xәbәrlәr