"Oruç Reis" kəşfiyyat-axtarış gəmisi üçün yeni "Navtex" elan edilib

"Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin fəaliyyə göstərəcəyi sahə üçün yeni "Navtex" elan edilib.

1513775
"Oruç Reis" kəşfiyyat-axtarış gəmisi üçün yeni "Navtex" elan edilib

"Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin fəaliyyə göstərəcəyi sahə üçün yeni "Navtex" elan edilib.
"Navtex" (dənizçilərə elan) elanına görə Oruç Reis seysmik tədqiqat gəmisinin missiyası 27 oktyabr tarixinədək davam edəcək.
Əvvəlki elana görə, bu müddət 22 oktyabrda başa çatacaq.
"Oruç Reis" kəşfiyyat-axtarış gəmisi "Ataman" və "Cengizhan" adlı gəmilərlə Şərqi Aralıq dənizində seysmik tədqiqatlar aparacaq.
"Oruç Reis" gəmisi xüsusən kontinental şelf və təbii ehtiyat axtarışları ilə hər cür geoloji, geofiziki, hidroqrafik və okeanoqrafik tədqiqat apara bilir.
Dünyadakı nadir və tam təchiz edilmiş və çox məqsədli tədqiqat gəmilərindən biri olan "Oruç Reis" 2 və 3 ölçülü seysmik, qravitasiya və maqnetik geofiziki tədqiqatlar edə bilir. Gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər iki ölçülü seysmik əməliyyatlar apara bilir.



Әlaqәli Xәbәrlәr