R.T.Әrdoğan: ‘‘Azәrbaycanın işğal altındakı torpaqlarını azad etmәsini dәtәklәyirik’’

Türkiyә prezidenti Rәcәb Tayib Әrdoğan Nazirlәr Kabinetinin yığıncağından sonra bәyanatlar verib.

1512847
R.T.Әrdoğan: ‘‘Azәrbaycanın işğal altındakı torpaqlarını azad etmәsini dәtәklәyirik’’

Türkiyә prezidenti Rәcәb Tayib Әrdoğan Nazirlәr Kabinetinin yığıncağından sonra bәyanatlar verib.

Ermәnistanın Azәrbaycana etdiyi hücum mәsәlәsindә Türkiyәnin haqqın vә әdalәtin yanında olmaqdan әsla vaz keçmәyәcәyini ifadә edәn Rәcәb Tayyib Әrdoğan  bildirib ki,  gözünü vә ürәyini bizә çevirmiş hәr qardaşımızın yanında olmağa davam edәcәyik. Şәrqi Aralıq dәnizindә ölkәmizin vә Kıbrısdakı türklәrin hüquqlarını görmәzlikdәn gәlәnlәrә boyun әymәdik. Azәbaycanın işğal altındakı torpaqlarını azad etmәsini dә dәstәklәyirik. Xalqımızın gәlәcәyinә vә müstәqilliyinә uzanan hәr әli qıracağıq.

Әrdoğan  ‘‘Fatih’’ axtarış-kәşfiyyat gәmisinin gәlәn aydan etibarәn yenidәn fәaliyyәlәrinә başlayacağını bildirib. Әrdoğan deyib: ‘‘Әldә etdiyimiz mәlumatlar  yeni kәşflә bağlı xәbәrlәr ala bilәcәyimizi göstәrir. Qara dәnizdә kәşf edilәn tәbii qaz xalqın gәlәcәyi üçün istifadә edilәcәk. Bir daha kәşf edilәn tәbii qazın xeyirli olmasını arzulayıram’’.

Türkiyә prezidenti qlobal vә regional bütün balansların çökdüyünü vә Türkiyәnin yüksәlәn  ulduz mövqeyindә olduğunu ifadә edib.



Әlaqәli Xәbәrlәr