"Qərb ölkələri Ermənistanın hücumları qarşısında Azərbaycanın yayında deyil", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Ermənistan hücumları qarşısında Azərbaycanın yayında olmadığını söyləyib.

1511312

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının Şırnak təşkilatının konfransındakı çıxışında Minsk üçlüyünün (ABŞ, Rusiya, Fransa) Ermənistana silah dəstəyi verdiyini qeyd edərək deyib:

"Azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparırlar. Bu, onların haqq işidir. “Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən azad edəcəklər. İnşallah, bunu uğurla başa gətirsinlər”.

Dövlət başçısı bildirib ki, ikinci dəfə atəşkəs elan olunsa da, Ermənistan yenə Azərbaycana hücum etdi. Avropa hələ də səsini çıxarmır, Türkiyə isə susmayacaq. Biz haqqın və haqlının yanındayıq.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında həmçinin, Sakarya qaz sahəsindəki kəşflə bağlı ise deyib ki, Sakarya qaz sahəsindəki "Tuna-1" quyusunda kəşf etdiyimiz 405 milyard kubmertlik təbii qas ölkəmizin ehtiyacını illərlə ödəyəcək miqdardadır.

Әlaqәli Xәbәrlәr