Vladimir Zelenski işgüzar səfərlə bu gün Türkiyəyə gələcək
Səfər zamanı V.Zelenski Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
1509942

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə oktyabrın 16-da Türkiyəyə işgüzar səfərə gəlir.
Prezident Aparatının Mətbuat Xidmətinin məlumatına görə, səfər zamanı V.Zelenski Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Danışıqlar çərçivəsində liderlər ikitərəfli əməkdaşlığa dair məsələləri və aktual regional mövzularla beynəlxalq məsələlər müzakirə edəcək və bir sıra sənəd imzalanacaq.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 165 ölüm faktı qeydə alınıb.