Türkiyə Pakistandakı terror hücumlarını sərt şəkildə qınayıb

Türkiyə Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində törədilmiş terror hücumlarını qınayıb.

1509950
Türkiyə Pakistandakı terror hücumlarını sərt şəkildə qınayıb

Türkiyə Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində törədilmiş terror hücumlarını qınayıb.
Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, oktyabrın 15-də Pakistanın Bəlucistan əyalətində və Şimali Vəziristan bölgəsində çox sayda təhlükəsizlik işçisinin ölümünə səbəb olan terror hücumları kədərlə öyrənildi. Bu dəhşətli terror aktlarını sərt şəkildə qınayır, həyatını itirənlərə rəhmət, yaralılara təcili şəfa və dost Pakistan və qardaş Pakistan xalqına başsağlığı veririk.
Qeyd ədək ki, Pakistanın Bəlucistan əyalətində bir konvoyu müşayiət edən təhlükəsizlik qüvvələri terrorçuların hücumuna məruz qalıb və 11-i əsgər olmaqla 14 nəfər ölüb. Şimali Vəziristan bölgəsində isə təhlükəsizlik qüvvələrinin konvoyuna bomba hücumu təşkil edilib və 6 əsgər ölüb.



Әlaqәli Xәbәrlәr