Türkiyə ABŞ-a "Oruç Reis" kəşfiyyat-axtarış gəmisilə bağlı reaksiya verib

Hami Aksoy "ABŞ-ın "Oruç Reis" gəmisinin Türkiyənin qitə şelfində sesymik araşdırma fəaliyyətlərini tənqid etməsi ciddi mənasızdır" deyib.

1508444
Türkiyə ABŞ-a "Oruç Reis" kəşfiyyat-axtarış gəmisilə bağlı reaksiya verib

Türkiyə ABŞ-a "Oruç Reis" kəşfiyyat-axtarış gəmisilə bağlı reaksiya verib. 
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy "ABŞ-ın "Oruç Reis" gəmisinin Türkiyənin qitə şelfində sesymik araşdırma fəaliyyətlərini tənqid etməsi ciddi mənasızlıqdır" deyib.
Hami Aksoy ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagusun "Oruç Reis"in Şərqi Aralıq dənizindəki seysmik tədqiqat fəaliyyətləri ilə bağlı açıqlamasına dair suala yazılı cavab verib.
Aksoy "ABŞ "Oruç Reis"in Türkiyənin kontinental şelfində davam etdirdiyi seysmik tədqiqat fəaliyyətlərini tənqid etməsi mənasızdır" ifadəsini işlədib.  
Hami Aksoy Şərqi Aralıq dənizində Yunan-Rum ikilisinin maksimalist dənizçilik səlahiyyət iddialarını təmsil edən Sevilla xəritəsinin qanuni əsasının olmadığını ifadə edərək, bunları söyləyib: "Egey və Aralıq dənizində gərginliyi artıran tərəf Türkiyə deyil, Cənubi Kıbrıs Rum İdarəsi və Yunanıstandır".



Әlaqәli Xәbәrlәr