İbrahim Kalının Misirlə əlaqədar açıqlaması

Prezident Aparatının sözçüsü İbrahim Kalın özəl televiziya kanallarından birində gündəmlə əlaqədar açıqlamalar verib.

1508458
İbrahim Kalının Misirlə əlaqədar açıqlaması

"Misir regional mövzularda müsbət bir gündəmlə hərəkət etmək iradəsini ortaya qoyarsa, Türkiyə bunu cavabsız qoymaz".
Bunu Prezident Aparatının sözçüsü İbrahim Kalın özəl televiziya kanallarından birində gündəmlə əlaqədar verdiyi açıqlamaları zamanı deyib.
Proqramın Yunanistanla Şərqi Aralıq dənizindəki gərginlik hissəsində "Şərqi Aralıq dənizində Misir kimi regional güclərlə daha əvvəlki gərginliyiə baxmayaraq, Türkiyənin yaxınlaşması olarmı" sualına cavabən Kalın deyib ki,  Misir bölgənin və Ərəb dünyasının önəmli ölkələrindən biridir. Əlbətdə ki, Sisinin  hakimiyyətə gəlmə yolu, (2013) orada edilən çevriliş, öldürülən insanlar, Rabia Meydanında baş verənlər, sonrakı siyasi həbslər, (keçmiş prezident Məhəmməd) Mursinin ölümünü yox saymaq olmaz. Buna baxmayaraq, Misir regional mövzularda müsbət bir gündəmlə hərəkət etmək iradəsini ortaya qoyarsa, Türkiyə bunu cavabsız qoymaz. Liviya, Fələstin, Şərqi Aralıq dənizi mövzusunda və digər başqa mövzularda birgə hərəkət etmək zəmini yaranarsa, Türkiyə buna ancaq müsbət yanaşar.



Әlaqәli Xәbәrlәr