THY gündəlik uçuş sayına görə Avropada 2-ci yerə layiq görülüb
Türk Hava Yolları (THY) gündəlik uçuş sayına görə Avropada 2-ci yerə layiq görülüb.
1508242

Türk Hava Yolları (THY) gündəlik uçuş sayına görə Avropada 2-ci yerə layiq görülüb.
Türk Hava Yollarının baş direktoru Bilal Ekşi "Twitter" sosial hesabındakı paylaşımında yeni növ koronavirusun (Covid-19) aviasiyaya böyük təsirinə toxunub.
Paylaşımında rəqəmlərin 2019-cu illə müqayisədə çox aşağı olduğunu, ancaq THY-nin hər zaman olduğu kimi ən yaxşısını etməyə çalışdığını bildirən Ekşi “Gündəlik uçuş sayına görə Avropada ikinci yerə layiq görüldük. Bayraq daşıyıcıları arasında 1-ci yerdəyik. Komandamıza və bizi seçən sizlərə təşəkkür edirik” deyə vurğulayıb.