Türkiyә XİN: 'Azərbaycan Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün son dəfə fürsət verib'

Türkiyә Azәrbaycanın son dәfә Ermәnistana Dağlıq Qarabağdan çıxması üçün fürsәt verdiyini açıqlayıb.

1506468

Xarixi İşlәr Nazirliyi Azәrbaycanla Ermәnistan arasında әldә olunan humanitar atәşkәslә bağlı bәyanat yayıb.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan təxminən 30 ildir işğal altında olan torpaqlarını öz imkanları və iradəsi ilə geri qaytara biləcəyini Ermənistana və bütün dünyaya nümayiş etdirdi. Bu müddətdə bütün dünyadan bölgədə humanitar atəşkəslə bağlı tələblər gəlib. Azərbaycan da Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün son dəfə fürsət verib. Humanitar tələblərə əsasən, əsirlərin dəyişdirilməsi və cəsədlərin götürülməsi məqsədilə elan edilən bu atəşkəs ilk vacib addımdır, lakin davamlı həll yolu deyil. Türkiyə əvvəldən yalnız Azərbaycanın seçdiyi həll yollarını dəstəklədiyini bəyan edib. Bu fikirlə də meydanda və danışıqlar masası arxasında Can Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Әlaqәli Xәbәrlәr