Prezident Rəcəb Tayyib Ərdoğan Qətər, Suriya, Liviya və Şərqi Aralıq dənizi ilə bağlı müsahibə verib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qətərdəki hərbi mövcudluğunun bütün bölgənin sabitliyinə və sülhə töhfəsinin olduğunu söyləyib.

1505179
Prezident Rəcəb Tayyib Ərdoğan Qətər, Suriya, Liviya və Şərqi Aralıq dənizi ilə bağlı müsahibə verib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qətərdəki hərbi mövcudluğunun bütün bölgənin sabitliyinə və sülhə töhfəsinin olduğunu söyləyib.
Prezident Ərdoğan Qətərdə ingiliscə dərc olunan "The Peninsula" qəzetinə müsahibəsində Türkiyə və Qətərin köklü tarixi, mədəni və humanitar münasibətləri olan iki qardaş ölkə olduğunu, iki ölkənin iqtisadiyyat, sənaye, müdafiə, təhlükəsizlik, investisiya və enerji sahələrinə qədər geniş bir sahədə srateji əlaqələri olduğunu bildirib.
Türkiyənin Qətərdəki hərbi mövcudluğunun yalnız qardaş Qətərin deyil, bütün körfəz bölgəsinin sabitliyinə və sülhə dəstəyinin olduğunu vurğulayan dövlət başçısı "Xaos yaratmağı planlaşdırandan savayı heç kəs Türkiyənin və Türk əsgərinin Körfəz bölgəsindəki mövcudluğundan narahat olmamalıdır" deyə vurğulayıb.
Ərdoğan Türkiyənin Suriya siyasəti və terrorla mübarizə əməliyyatları mövzusundakı suala cavabında Türkiyənin Suriya ərazilərində əsla daimi olmayacağını, heç kəsin torpağında gözü olmadığını deyib.
"Böhran daimi həllə qovuşduqda, bizim də Suriyadakı mövcudluğumuz sona çatacaqdır. Türkiyə bütün terror təşkilatlarına qarşı qətiyyətli bir mübarize aparır" deyə dövlə başçısı qeyd edib.
Prezident Ərdoğan Liviya məsələsinə də toxunaraq,  bu ölkədə legitimliyin qazanacağını və qiyamçıların itirəcəyini söyləyib: "Türkiyənin bu sahədəki təşəbbüsləri sayəsində bir fürsət yarandı. Həm Liviya, həm də regional sülhü və sabitliyi qoruyacaq bu fürsəti bada verməməliyik".
Ərdoğan ayrıca Şərqi Aralıq dənizində vəziyyyətlə əlaqəli olaraq da Türkiyənin hər zaman bölgənin zənginliyinin sahil ölkələri tərəfindən ədalətli paylaşılmasından tərəf olduğunu, bunu bütün diplomatik təşəbbüslərində ön plana çıxardığını vurğulayıb.
Ege və Aralıq dənizi məsələsinin Türkiyənin heç bir zaman geri addım atmayacağı mövzu olduğunu vurğulayan Ərdoğan "Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyətinin gözdən yayındırıldığı, sahillərinə həbs edildiyi heç bir həlli qəbul etmədiyimizi bütün platformalarda yüksək səslə  dilə gətirdik, gətirməyə davam edəcəyik. Hər zaman və hər şərtdə qoruduğumuz hüquq və maraqlarımızı da eləcə. Şərqi Aralıq dənizində bizim qətiyyətimizi görənlər və ölkəmizi boş təhdidlərlə və şantajla geri addım atdırmayacağını başa düşənlər, nəticədə dialoq çağırışlarımıza qulaq asmalı oldular" deyib.



Әlaqәli Xәbәrlәr