Prezident Rəcəb Tayyib Ərdoğan: "Bütün ölkələri Azərbaycanın yanında olmağa çağırırıq"

Dövlət başçısı Ərdoğan Ermənistanın uzlaşmaz və ərköyün davranışları nəticəsində 30 ildir ki, bir növ qanqrenaya dönən bu münaqişənin həlli üçün işğala son qoymasının vacibliyini dilə gətirib.

1505441
Prezident Rəcəb Tayyib Ərdoğan: "Bütün ölkələri Azərbaycanın yanında olmağa çağırırıq"

Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın uzlaşmaz və ərköyün davranışları nəticəsində 30 ildir ki, bir növ qanqrenaya dönən bu münaqişənin həlli üçün işğala son qoymasının vacibliyini dilə gətirib.

Dövlət başçısı Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış iclasında videoformatda çıxışı zamanı Ermənistanın Azərbaycan ərazilərinə istiqamətli hücumlarına toxunaraq deyib:

“Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı haqlı mübarizəsini bütün qəlbimizlə dəstəkləyirik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədə son dərəcə qətiyyətli olduğunu görürük”.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ təxminən 30 ildir Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır. Ermənistanın uzlaşmaz və ərköyün davranışları nəticəsində 30 ildir ki, bir növ qanqrenaya dönən bu münaqişənin həlli üçün işğala son qoyulmalıdır.

"Bütün ölkələri Azərbaycanın yanında olmağa çağırırıq" deyə Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr