Rəcəb Tayyib Ərdoğan və Angela Merkel arasında videokonfrans formatında görüş keçirilib

Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel keçirdikləri videokonfrans formatındakı görüşdə gündəmdəki mövzuları qiymətləndiriblər.

1503891
Rəcəb Tayyib Ərdoğan və Angela Merkel arasında videokonfrans formatında görüş keçirilib

"Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarının azad edilməsi üçün BMT qətnamələrinin icra edilməsi vacibdir".

Bunu Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə keçirilən videokonfrans formatındakı görüşdə deyib.

Ərdoğan və Merkel görüşündə Şərqi Aralıq dənizi və Liviyadakı vəziyyətlə Azərbaycan-Ermənistan münaqişəsi başda olmaqla regional mövzular müzakirə edilib. 

Ərdoğan Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarının azad edilməsi üçün BMT qətnamələrinin icra edilməsinin vacibliyini Angela Merkelin diqqətinə çatdırıb.

Dövlət başçısı Liviyada sahədə təmin olunan dinclik sayəsində ortaya çıxan fürsətin bada verilməməsinin vacibliyini də Merkelə bildirib. 



Әlaqәli Xәbәrlәr