Prezident Ərdoğan Makronun islam dini haqda dediklərinin açıq təxribat olduğunu bildirib

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edib.

1503968
Prezident Ərdoğan Makronun islam dini haqda dediklərinin açıq təxribat olduğunu bildirib

“Fransa Prezidenti Emmanuel Makronun “islam dini böhran içərisindədir" fikri hörmətsizlikdən əlavə, açıq təxribatdır”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə deyib.

Dövlət başçısı Makronun islam dini haqda dediklərini ədəbsizlik adlandırıb.

Prezident Ərdoğan deyib:
"Ayasofya məscidinin ibadət üçün yenidən açılması qərarı ilə Türkiyə müstəqilliyi üzərindəki bir kölgəni aradan qaldırdı, iradəsinə vurulan bir qandaldan da azad oldu. Türkiyə dini hüquqları və azadlıqlar mövzusunda nümunəvi bir mövqe nümayiş etdirir. Qərbdə isə bunun ziddi atmosfer hakimdir. hazırda bir çox Qərb ölkəsində irqçilik və İslama qarşı düşmənçilik dövlətin özü tərəfindən himayə olunur. Hədəfi yönəldənlər irqçilik və İslamofobiya ilə qarşı-qarşıya olmaq əvəzinə öz cəmiyyətlərinə ən böyük pisliyi edirlər. Müsəlmanlara hücum Avropa siyasətçilərinin uğursuzluqlarını gizlətmək üçün istifadə etdikləri ən əhəmiyyətli vasitələrdən biri halına gəlib".



Әlaqәli Xәbәrlәr