Türkiyənin Sahil Təhlükəsizlik Xidməti son bir həftə ərzində 214 nizamsız miqrantı xilas edib

Sahil Təhlükəsizlik Xidməti son bir həftə ərzində 214 nizamsız miqrantın xilas edildiyini və 3 miqrant qaçaqçısının isə tutulduğunu bildirib.

1502059

Sahil Təhlükəsizlik Xidmətinin verdiyi açıqlamada "7 gün 24 saat əsasına görə davam edən nisamsız köçlə mübarizə fəaliyyətləri çərçivəsində 25 sentyabr - 1 oktyabr tarixləri arasında baş verən 7 hadisədə ümumilikdə 214 qanunsuz miqrant tutuldu/xilas edildi və 3 miqrant qaçaqçısı yaxalandı" ifadələri yer alıb.
Bu arada, Muğlanın Datça qəsəbəsi sahillərində Yunanıstanın sahil mühafizə xidməti tərəfindən Türkiyə sularına itələnən rəzin qayıqdakı 6 qaçqın xilas edilib. 
Sığınacaq axtaranlar prosedurlardan sonra Muğla Vilayət İmmiqrasiya Müdirliyinə göndərilib.

Әlaqәli Xәbәrlәr