R.T.Әrdoğan: ‘‘Qarabağ işğaldan tam azad olunanadәk bu mübarizә davam edәcәk

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Qarabağ işğaldan tam azad olunanadәk bu mübarizәnin davam edәcәyini bildirib.

1501818
R.T.Әrdoğan: ‘‘Qarabağ işğaldan tam azad olunanadәk bu mübarizә davam edәcәk

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Qarabağ işğaldan tam azad olunanadәk bu mübarizәnin davam edәcәyini bildirib.

Konya Şәhәr Xәstәxanasının açılış mәrasimindә çıxış edәn prezident Әrdoğan Ermәnistanın Dağlıq Qarabağ problemi hәll olunmadan yenidәn hücum etdiyini amma bu dәfә gözlәmәdiyi nәticә ilә üzlәşdiyini söylәyib.

Qardaş Azәrbaycanın işğal altındakı Dağlıq Qarabağı işğaldan azad etmәsi üçün böyük әmәliyyat başlatdığını vә indiyәdәk müvәffәqiyyәtlә irәlilәyәn Azәrbaycan ordusunun çox sayda yeri işğaldan azad etdiyini bildirәn Әrdoğan deyib: ‘‘Bütün imkanlarımız vә ürәyimizlә dost vә qardaş Azәrbaycanın yanındayıq, yanında olacağıq. Dağlıq Qarabağ işğaldan tam  azad olunanadәk bu mübarizә davam edәcәk’’.

Şәrqi Aralıq dәnizindә proseslәrә dә toxunan Rәcәb Tayyib Әrdoğan Türkiyәnin Liviya ilә bağladığı müqavilә ilә Şәrqi Aralıq dәnizinin әhәmiyyәtli hissәsini qanuni fәaliyyәt sahәsinә çevirdiyini dilә gәtirib.



Әlaqәli Xәbәrlәr