Prezident Rəcəb Tayyib Ərdoğan Küveytə başsağlığı verib

Prezident Rəcəb Tayyib Ərdoğan vəfat edən Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah üçün başsağlığı verib.

1499725
Prezident Rəcəb Tayyib Ərdoğan Küveytə başsağlığı verib

Prezident Rəcəb Tayyib Ərdoğan vəfat edən Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah üçün başsağlığı verib.
Prezident Ərdoğan "Twitter" hesabından ərəb və türk dillərindəki paylaşımında bunları deyib: "Vəfatından dərin kədər duyduğum Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha Allahdan rəhmət və dost və qardaş Küveyt xalqına Türk milləti adından başsağlığı diləyirəm."
Digər tərəfdən, Küveytdə vəliəhd şahzadə Nevvaf əl-Əhməd əl-Cabir əs-Sabah yeni Əmir olub.
Bu arada, əs-Sabahın vəfatından sonra Qətər, Misir, İordaniya, Fələstin, Livan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndə matəm elan edilib.



Әlaqәli Xәbәrlәr