Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinə məktub ünvanlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrə məktub ünvanlayaraq Türkiyə-Ai əlaqələri və bu əlaqələrin inkişafında Türkiyənin cəhdlərindən bəhs edib.

1499913
Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinə məktub ünvanlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrə məktub ünvanlayaraq Türkiyə-Ai əlaqələri və bu əlaqələrin inkişafında Türkiyənin cəhdlərindən bəhs edib.

Yunanıstan və Cənubi Kıbrıs Rum icmasını çıxmaqla Aİ-yə üzv olan digər ölkə rəhbərliklərinə ünvanlanan məktubda bildirlib ki, Türkiyə, Şərqi Aralıq dənizində beynəlxalq dəniz qanunlarına uyğun sərhədləndirilməsinin, bu ərazidəki karbohidrogen yataqlarının ədalətli şəkildə bölüşdürülməsinin, regionda sülh və sabitliyin yaradılmasının tərəfdarıdır, bu məqsədlə də Yunanıstanla qeyd-şərtsiz dialoqa hazırdır.

Bu hədəflərimiz çərçivəsində Türkiyə Şərqi Aralıq dənizinin bütün tərəflərin əməkdaşlıq etdiyi, karbohidrogen ehtiyatlarını bərabər və ədalətli bir şəkildə bölüşüldüyü, sülh və sabitliyin hakim olduğu bir əməkdaşlıq bölgəsi olmasını arzu edir. Kömür və poladın Aİ-nin çıxış nöqtəsini təşkil etdiyi kimi hidrokarbonun Kıbrısda həllə və böyük Aİ-nin formalaşmasına əsas olacağına ümid edirik. Şərq Aralıq dənizində davam edən gərginliyin məsuliyyətlisi Türkiyə deyil, Yunanıstan və Kıbrıs Rum İdarəsidir. Hazırda mövcud vəziyyətə Yunan-Rum ikiliyinin Türkiyəni və Kıbrıs Türklərini yox saymaları və Aİ-nin buna 2003-cü ildən bəridir göz yumması səbəb olub. Kıbrıs məsələsi həll edilmədən Aİ-yə üzv qəbul edilən Cənubi Kıbrıs Rum İdarəsi Kıbrıs Türkləri yox qəbul edərək, 2003, 2007 və 2010-cu illərdə qonşu ölkələrlə dəniz sərhəd müqavilələri imzalayıb, 2007-ci ildə lisenziyalaşma sahələrini müəyyənləşdirib və ilk qazma işini 2011-ci ildə reallaşdırıb. 

Yunanistan Kıbrıs Rum icması ilə birlikdə Türkiyəni Antalya Körfəzi sahəsinə həbs etməyi hədəf alan, maksimalist dəniz sərhəd iddialarını (Sevilla xəritəsi) Aİ-dən sui-istifadə edərək Türkiyəyə qəbul etdirməyə cəhd edir, bu sərhədlərin milli və Aİ-nin xarici dəniz sərhədləri olduğunu iddia edir. Yunan/Rum ikilisi bunlarla kifayətlənməyərək, Türkiyə və Kıbrıs Türklərinə qarşı Şərqi Aralıq dənizi Qaz Forumu adı altında bir mexanizm yaratmış, ayrıca bölgəi ölkələrilə Türkiyə əleyhinə üçtərəfli və dördtərəfli əməkdaşlıq mexanizmləri qurub. Türkiyə isə Şərqi Aralıq dənizində həm özü, həm də Kıbrıslı Türklərin haqlarını qorumaq üçün diplomatiyaya üstünlük vermiş, ancaq dialoq və əməkdaşlıq çağırışlarımız uğursuz olduqda, 7 il gözlədikdən sonra 2018-ci ildə bu sahədə addımlar atmağa başlayıb.

Türkiyə Şərqi Aralıq dənizində beynəlxalq dəniz kontinental sahələrinin beynəlxalq hüquqa uyğun, ədalətli bir şəkildə məhdudlaşdırılacağını müdafiə edir. Bu məqsədlə bir daha vurğulamaq istərdim ki, Yunanıstanla ilkin şərtlər olmadan dialoqa hazırıq. Bu kontekstdə NATO Baş katibinin gərginliyi azaltmaq üçün dəniz və hava elementlərini ayırmaq cəhdini dəstəklədiyimizi diqqətinizə çatdırmaq istəyirəm. Digər tərəfdən Kıbrıs Türklərilə Kıbrıs Rumlarının yıxılan Kıbrıs Cümhuriyyətinin birgə qurucuları və Adanın ortaq sahibləri olaraq karbohidregen qaynaqları mövzusunda, ədalətli gəlir paylaşılması daxil əməkdaşlıq meşanizminin qurulmasını təmin etmələri vacibdir. Belə bir əməkdaşlıq mexanizminin yaradılması üçün Kıbrıs məsələsinin həllini gözləmək vacib deyil. Çünki Adadakı iki xalq da bu fəaliyyətləri dayandırmaq və ya davam etdirmək üçün birlikdə qərar verməlidir. 
Ayrıca Şərqi Aralıq dənizində KıbrıslıTürklər də daxil olmaqla bütün tərəfləri bir araya gətirəcək əhatəli bir enerji əməkdaşlıq forumunun yaradılmasının son dərəcə faydalı olacağına inanıram. Türkiyə bu istiqamətdə atılan addımlara hər cür dəstəyi verməyə hazırdır. 
Aİ-nin bu fikrə dəstək verməsini, namizəd ölkə Türkiyəyə qarşı tərəf tutan mövqeyini tərk etməsini, Yunanistanın və Cənubi Kıbrıs Rum icmasının maksimalist tezislərinə qeydsiz-şərtsiz, nahaq yerə dəstək verməməsini diləyirəm. Aİ-nin ölkəmə qarşı apardığı bu qərəzli münasibət, Aİ əsaslarına və beynəlxalq hüquqa ziddir. Bu qərəzli mövqe həlli çətinləşdirir, gərginliyi artırır və Türkiyə-Aİ münasibətləri bir çox sahələrdə ortaq maraqlarımıza zərər verir. Aİ-dən gözlədiyimiz şey bitərəf qalmaq, hər kəsə bərabər davranmaq, dialoq və əməkdaşlığı dəstəkləməkdir. 



Әlaqәli Xәbәrlәr