"Ermənistanın təcavüzkar siyasəti Cenevrə Konvensiyasının pozulması deməkdir", F.Altun

Fəxrəddin Altun Ermənistanın təcavüzkar siyasətinin Cenevrə Konvensiyasının açıq şəkildə pozulması mənasını daşıdığını bildirib.

1499453
"Ermənistanın təcavüzkar siyasəti Cenevrə Konvensiyasının pozulması deməkdir", F.Altun

"Ermənistanın təcavüzkar siyasəti Cenevrə Konvensiyasının açıq şəkildə pozulması deməkdir".

Bu sözləri Türkiyə Prezident Aparatının Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkədə yer alan açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti yaxşı bilməlidir ki, Azərbaycanın məqsədi cəbhə xəttində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal olunmuş ərazilərini azad etməkdir. Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb. 

Beynəlxalq ictimaiyyəti "ədalətli olmağa" çağıran Altun bu gün keçiriləcək BMT Baş Məclisinin iclasına işarə edərək, "Qlobal gücləri məsələyə ədalətli şəkildə yanaşmağa çağırırıq. Guya bitərəf qalmaq prinsibi ilə hərəkət etmək adından yaxud da siyasi balansı nəzərdə tutmaq uğruna zərər görən tərəfi bərabər görmək kimi səhvə üz tutulmamalıdır" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr