“Regionda Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son verilməlidir”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsindən sonra bölgənin sülh və əmin-amanlığa qovuşacağını bildirib.

1498789
“Regionda Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son verilməlidir”, R.T. Ərdoğan

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etdikdən sonra bölgə sülh və əmin-amanlığa qovuşacaq".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Dolmabahçe Ofisi, Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə İstanbul Universiteti və Marmara Universiteti tərəfindən təşkil edilən Tarix, Siyasət və Ölkələrarası Münasibətlər Baxımından "Beynəlxalq Dəniz Qanunu və Şərqi Aralıq dənizi Simpoziumu"nda dünən Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınayıb.
"Türkiyə bütün imkanları və bütün ürəyilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsilə bölgəyə yenidən sülhə və dincliyə qovuşacaqdır" deyə Ərdoğan vurğulayıb.
Ərdoğan "Bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son qoymağın vaxtı gəlib. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal tərk edilməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşacaq. Bütün digər tətbiq və təhdidlər yalnız haqsız və qanunsuz olmaqda qalmayacaq, Ermənistanı ərköyün etməyə davam edəcək. Son inkişaflar bölgədəki bütün nüfuzlu ölkələrə real və ədalətli həll üsullarını tətbiq etmə imkanı verdi. Ümid edirik ki, bu fürsət ən yaxşı şəkildə istifadə olunacaq" deyib.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər”.

“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındadır. Bunu hamınız qəbul etmisiniz axı”, - deyə Ərdoğan vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr