Mustafa Şentop: “Bir an belə tərəddüd etmədən hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop “Bütün dünya, xüsusən də Ermənistanın dövlət terroruna ortaq olanlar bilməlidir ki,...

1498854
Mustafa Şentop: “Bir an belə tərəddüd etmədən hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik”

“Bütün dünya, xüsusən də Ermənistanın dövlət terroruna ortaq olanlar bilməlidir ki, Azərbaycan Türkiyə üçün dost bir ölkə, sadəcə yaxın coğrafiya deyil. Eyni zamanda könül coğrafiyasıdır, tale coğrafiyasıdır”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.

“Türkiyə hər zaman maddi, mənəvi bütün gücü ilə Azərbaycanın yanındadır və bir an belə tərəddüd etmədən hər zaman yanında olmağa davam edəcəkdir”, - deyə TBMM-nin sədri qeyd edib.

TBMM sədri Şentop Şərqi Aralıq dənizindəki vəziyyətlə əlaqədar olaraq, da "(Şərqi Aralıq dənizi) Türkiyə öz maraqları üçün göstərdiyi cəhd qədər bu mövzuda və sahədə ədalətli bir paylaşmanın olmazsa olmaz bir sülh zəminində reallaşması üçün axtarır və bu sahədə ədalətli paylanmanın reallaşması üçün vardır" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr