Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukraynaya başsağlığı verib

Ukraynada baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

1497556
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukraynaya başsağlığı verib

Ukraynada baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatında qeyd olunub.
Məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.

Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu hərbi təyyarənin qəzaya uğramasından sonra Baş Prokurorluq tərəfindən “uçuş qaydalarının və ona hazırlığın pozulması” maddəsi ilə cinayət işi başlanılıb.

“Bu dəqiqəyə olan məlumata görə, aviaqəza zamanı 25 nəfər ölüb, 2 yaralı ağır vəziyyətdə tibb müəssisələrinə aparılıb, qalanlarının axtarışı davam edir”, - deyə Baş Prokurorluqdan yayılan məlumatda qeyd olunub.

Prezident Vladimir Zelenskinin bu gün bölgəyə gedəcəyi bildirilib.
Digər tərəfdən, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukraynaya başsağlığı verib.
Çavuşoğlu "Twitter" hesabından yayımladığı başsağlığı mesajında "Ukraynanın Xarkov bölgəsində baş vermiş təyyarə qəzasında həyatını itirənlərin ailələrinin kədərlərini bölüşürəm və dost Ukrayna xalqına başsağlığı diləyirəm" deyə yazıb.
Ukraynanın Ankaradakı səfirliyinin "Twitter " hesabında Çavuşoğlunun başsağlığı yazısına istinad edilərək, "Dost ölkə Türkiyəyə təşəkkür edirik" deyilib.



Әlaqәli Xәbәrlәr