Prezident Ərdoğan ilə Leyen arasında onlayn görüş olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının sədri Ursula Von der Leyen arasında onlayn görüş keçirilib.

1496229
Prezident Ərdoğan ilə Leyen arasında onlayn görüş olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının sədri Ursula Von der Leyen arasında onlayn görüş keçirilib.

Bu barədə Prezidenti Aparatı Mətbuat Xidməti məlumat verib. Məlmata görə, 40 dəqiqə davam edən görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan görüş zamanı bildirib ki, Şərqi Aralıq dənizi məsələsinin təməlində Yunanıstanın və Kıbrıs Rum icmasının maksimalist iddialarla Türkiyənin və Kıbrıs Türk toplumunun haqlarını saymaq istəməməsi dayanır.

Problemlərin həlli üçün hər zaman dialoq tərəfdarı olan Türkiyənin Yunanıstan ilə görüşlərə hazır olduğunu ifadə edən Prezident Ərdoğan diplomatiya yolu ilə əldə edilən fürsətin Yunanıstan tərəfindən də dəyərləndirilməsinin vacibliyini vurğulayıb..

Türkiyə dövlətinin başçısı qeyd edib ki, Türkiyə-Avropa İttifaqı arasında anlaşmanın yenilənməsi, Gömrük Birliyinin yenidən gündəmə gətirilməsi və vizaların sadələşdirilməsi istiqamətində atılacaq addımlar əlaqələrin inkişafına zəmin yaradacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan qaçqınlar məsələsində ədalətli və məsuliyyətli olmağın vacibliyini də dilə gətirib. 



Әlaqәli Xәbәrlәr