Sentyabrın 24-dә Şәrqi Aralıq dәnizi  mәsәlәsi  üzrә beynәlxalq konfrans keçirilәcәk

Sentyabrın 24-dә Kommunikasiya İdarәsinin tәşkilatçılığı ilә Şәrqi Aralıq dәnizi mәsәlәsi  üzrә beynәlxalq konfrans keçirilәcәk

1495250

Bu barәdә Kommunikasiya İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә,  Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun videokonfrans formatında baş tutacaq konfransda açılış nitqi ilә çıxış edәcәk. Konfransın ilk hissәsindә  xarici işlәr nazirinin müavini Yavuz Selim Kıran, enerji vә tәbii sәrvәtlәr nazirinin müavini  Alparslan Bayraktar ilә Prezident Aparatının Tәhlükәsizlik vә Xarici Siyasәt üzrә Şurasının üzvü professor Çağrı Erhan çıxış edәcәklәr.  Konfransın ikinci hissәsindә isә Prezidentin Baş mәslәhәtçisi  professor Gülnur Aybet, Hudson İnstitutunun tәdqiqatçısı Mayk Doran,  ‘‘Jemestown Foundation’’un rәhbәri  Qlen Hovard  vә  Sunay Maritime liseyinin professoru Mark Meirowitz  ‘‘Şәrqi Aralıq Dәnizindә Әdalәtli Әmәkdaşlığın Beynәlxalq Sistemә tәsirlәri’’ni qiymәtlәndirәcәklәr.

Әlaqәli Xәbәrlәr