Ərdoğan BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan "Birləşmiş Millətlər Təşkilatı (BMT) sistemi nə qarşıdurmaların qarşısını almaqda, nə də münaqişələrin bitməsində təsirli deyil" deyib.

1494856
Ərdoğan BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan "Birləşmiş Millətlər Təşkilatı (BMT) sistemi nə qarşıdurmaların qarşısını almaqda, nə də münaqişələrin bitməsində təsirli deyil" deyib.
Prezident Ərdoğan BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib.
Ərdoğan çıxışında BMT sistemini yenidən fəal  hala gətirmək üçün əvvəlcə Təhlükəsizlik Şurasında islahatlar aparılmasının vacibliyini qeyd edərək, "İrəli sürülən ideallara baxmayaraq (BMT) sistemi nə qarşıdurmaların qarşısını almaqda, nə də münaqişələrin bitməsində təsirli deyil" deyib.
7 milyarddan çox insanın taleyini 5 ölkənin mərhəmətinə buraxan bir Şura quruluşunun ədalətli və davamlı ola bilməyəcəyini də vurğulayan Ərdoğan hər kəsin əvvəlki əsrin ehtiyaclarına uyğun formalaşan quruluşlarla bugünkü problemlərin öhdəsindən gələ bilməyəcəyini ifadə edib. 
Ərdoğan "Demokratik, şəffaf, cavab verə bilən, təsirli və ədalətli təmsilə əsaslanan bir Şura quruluşu bəşəriyyət üçün seçimdən daha çox bir öhdəlik halına gəldi. Qitələrin qovşağı olan İstanbulun Birləşmiş Millətlər Mərkəzinə çevrilməsi qlobal sülh və sabitlik səylərini də dəstəkləyəcək" deyib.
BMT Baş Məclisinin 75-ci sessiyasının sədri vəzifəsini təcrübəli bir diplomat və siyasətçi olan səfir Volkan Bozkırın öhdələnməsinin Türkiyə üçün qürur qaynağı olduğu qədər beynəlxalq ictimaiyyət baxımından bir fürsət olduğunu düşündüyünü bildirən Ərdoğan "Türkiyəyə göstərdiyiniz nəzakət üçün təşəkkür edirəm" deyib.



Әlaqәli Xәbәrlәr