Prezident Ərdoğan Merkel və Mişel ilə görüş keçirəcək

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Aİ növbəti sədri Almaniya kansleri Angela Merkel və Aİ Şurasının sədri Şarl Mişel üçtərəfli görüş keçirəcək.

1495157
Prezident Ərdoğan Merkel və Mişel ilə görüş keçirəcək

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Aİ növbəti sədri Almaniya kansleri Angela Merkel və Aİ Şurasının sədri Şarl Mişel üçtərəfli görüş keçirəcək.
Prezident Ərdoğanın danışıqlarında Türkiyənin Şərq Aralıq dənizindəki dialoq tərəfdarı olduğunu bir daha vurğulacağı gözlənilir.
Görüşdə Türkiyənin ön şərtsiz olması şərtilə müzakirə masasına oturmağa hazır olduğu bir daha vurğulanacaq, gərginliyi Yunanıstanın dərinləşdirdiyi, addım atması vacib olan tərəfin də yenə Yunanıstan olduğu dilə gətiriləcək.
Ərdoğan Avropadan problemin həlli barədə "dəqiq və ədalətli olmaq" üçün gözləntilərini təkrar bildirəcək, viza sərbəstliyi mövzusunda da yenə Türkiyənin gözləntilərini ifadə edəcək.

Videokonferans formatında keçiriləcək görüşün Türkiyə vaxtı ilə saat 14:00-da baş tutacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr