"Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!"

Milli Müdafiə Nazirliyi erməni təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olmasını pisləyib.

1494853
"Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!"

Türkiyənin Milli Müdafiə Nazirliyi erməni təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olmasını pisləyib.

Nazirliyin rəsmi "Twitter" səhifəsindən paylaşılan açıqlamada belə yazılıb:

Dağlıq Qarabağı haqsız işğal edən Ermənistan indi də Tovuz bölgəsindəki atəşkəs şərtlərini pozub: "Ermənistan bir qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk.Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir".

"Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram".

Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsindən paylaşdığı açıqlamada belə yazıb.

Nazir Türkiyənin haqlı mübarizəsində Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

M.Çavuşoğlu "Ermənistan təcavüzü nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədovun ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm", - deyə qeyd edib: "Bir qəhrəman Azərbaycan əsgərimiz şəhid olub. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk".

Çavuşoğlu "Can Azərbaycanın haqlı mübarizəsindəhər zaman yanındayıq" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr