XİN: Avropa Parlamenti Baş Məclisinin Türkiyəyə verdiyi tövsiyə eqoist maraqlara xidmət edir

Türkiyə Avropa Parlamenti Baş Məclisində 17 sentyabr tarixində qəbul edilən qeyri-real tövsiyə qərarının bir çox baxımdan qəbuledilməz olduğunu bildirib.

1492754
XİN: Avropa Parlamenti Baş Məclisinin Türkiyəyə verdiyi tövsiyə eqoist maraqlara xidmət edir

Türkiyə Avropa Parlamenti Baş Məclisində 17 sentyabr tarixində qəbul edilən qeyri-real tövsiyə qərarının bir çox baxımdan qəbuledilməz olduğunu bildirib. 

Xarici İşlər Nazirliyinin Avropa Parlamentinin Türkiyə ilə əlaqəli qəbul etdiyi qərar barədəki açıqlamasında deyilib:

“Avropa Parlamenti Baş Məclisində Türkiyə ilə əlaqədar 17 sentyabr 2020-ci il tarixli qeyri-real tövsiyə qərarı yalnız Avropa İttifaqına üzv ölkələrin həmrəyliyi və bəzi üzv dövlətlərin eqoist maraqlarına xidmət etmək üçün qəbul olunub”.

Qeyd edilib ki, verilən birtərəfli qərar həqiqəti əks etdirmir. Avropa Parlamenti qərəzli və ədalətsiz münasibəti və səlahiyyətinin olmadığı dəniz qanununun etibarsız, birtərəfli şərhləri ilə nüfuzunu itirir: “Nə AP, nə Aİ, nə də Aİ üzvü olan ölkələrin üçüncü ölkələrin sərhədlərini təyin etmək səlahiyyəti yoxdur. AP və digər Aİ qurumları Şərqi Aralıq dənizi probleminin həllində səmimidirlərsə, yalnız vasitəçi və barışdırıcı mövqedə olmalıdırlar”.

Açıqlamada Türkiyənin özünə qarşı göstərilən ədalətsiz yanaşmalar qarşısında tolerant göstərdiyi, təxribatçı əməllərə qarşı isə məntiqli bir yanaşma ortaya qoyduğu vurğulanıb ve Türkiyənin özünün və Şimali Kıbrıs Türk Cümhuriyyətinin beynəlxalq hüquqa əsaslanan maraqlarını da müdafə etməyə davam edəcəyi bildirilib. 

Qeyd edək ki, AP Baş Məclisində Şərqi Aralıq dənizi məsələsində Türkiyəyə qəbuledilməz tövsiyələr edən təklif qəbul edilib. 



Әlaqәli Xәbәrlәr